Kosmik lift

Bir sənətçinin təsəvvüründə kosmik lift konsepsiyası.

Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital liftplanetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi.[1] Elmi fantastikanın mövzularından biridir.[1] Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır.[1] Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər.[1] Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür.

  1. 1 2 3 4 Historical Dictionary of Science Fiction in Literature

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne